Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü mayın 17-18-də Krakovda keçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü Polşanın Krakov şəhərində keçiriləcək. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib…

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü Polşanın Krakov şəhərində keçiriləcək. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

E. Nalbandyan görüşün may ayında keçirilməsinin nəzərdə tutulduğunu deyib. O, yüksək səviyyədə görüşlərin keçirilməsinin də istisna olmadığını sözlərinə əlavə edib.

Diplomatik mənbələrdən isə APA-ya məlum olub ki, görüş mayın 17-18-də baş tutacaq.

/Apa/