Kiyevdə beynəlxalq gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul ediblər

Ukraynada keçirilən beynəlxalq forumda xarici gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qeyd edən qərar qəbul ediblər.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) şənbə günü Trend-ə bildirilib ki, qərar Ukraynanın paytaxtı Kiyevdə “BMT-nin gənclər modeli ” mövzusunda 4-cü beynəlxalq forumda qəbul olunub… Trend.az