Türkiyənin baş naziri: “Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin mövqeyi dəyişilməzdir”

“Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin mövqeyi dəyişilməzdir”.
APA-nın xəbərinə görə, bunu AKP-nin bugünkü qurultayında bu partiyanın sədri və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.
Baş nazir əlavə edib ki, Türkiyənin bu mövqeyini Ermənistan və onun dəstəkçiləri də bilməlidir: “Azərbaycanlı qardaşlarımızın haqları bərpa olunmayana qədər bizim mövqeyimiz dəyişməyəcək”… Apa.az