Lukaşenko Rusiyanı tənqid etdi

“Gömrük İttifaqının mahiyyəti şübhə altına alınmış olacaq”…

“Gömrük İttifaqının mahiyyəti şübhə altına alınmış olacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindən Qazaxıstana göndərilən mallara Rusiya ərazisində nəzarət mexanizminin tətbiqini tənqid edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Kremlin bu təşəbbüsü Qazaxıstanda da mənfi qarşılanıb. Bildirilib ki, əgər nəzarət həyata keçirilsə, Gömrük İttifaqının mahiyyəti şübhə altına alınmış olacaq.

Qeyd edək ki, ötən həftə “Rosselxoznadzor” Belarusun Qazaxıstana göndərdiyi 360 ton meyvə-tərəvəz məhsulunu (Avropa mənşəli-red.) Bryansk və Smolensk vilayətlərindən geriyə qaytarıb. Rusiya Belarusun təkrar ixrac əməliyyatlarına mənfi baxdığı üçün bu addımı atıb.

www.oxu.az