Sentyabrın 24-25-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olacaq.
Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı SAM və İtaliyanın aparıcı “beyin mərkəzləri “ndən biri olan Beynəlxalq Siyasi Araşdırma İnstitutu (ISPI) tərəfindən “Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar ” mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində müzakirələrin aparılması və ümumi tövsiyələrin hazırlanması planlaşdırılır… Trend.az