Millət vəkili: “Erməni həmkarlarımız çirkin vasitələrə əl atdılar”

Azərbaycanın Avronest Parlament Assamleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi
– Avronest Parlament Assamleyasının Bakı sessiyasının nəticələrindən razı qaldınızmı?
– Nəinki mən, hətta sessiyaya qatılmış çoxsaylı nümayəndələr Avronest PA-nın Bakı şəhərində keçirilmiş ikinci sessiyasının işini yüksək qiymətləndirdilər. Bakı sessiyası sübut etdi ki, üzv dövlətlər arasında mövcud hər hansı bir problem, siyasi iradə olarsa Avronestin məhsuldar işinə mane olmaq iqtidarında deyil. Biz, Azərbaycan nümayəndə heyəti olaraq, hər zaman Avronest PA-nın fəaliyyətinə ciddi yanaşmışıq və gələcəkdə də bu qurumun uğurlu fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.
– Bakıdan qayıdaraq mətbuat konfransı keçirən Ermənistanın Avronest PA-da nümayəndə heyətinin üzvləri bir sıra gözlənilməz açıqlamalar verdilər… Lent.az