Miqrasiya Könüllüləri “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə dəvət olunublar

Miqrasiya Könüllüləri “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə dəvət olunublar

Bakı Nəqliyyat Agentliyinin dəvəti ilə Miqrasiya Könüllüləri “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində olublar. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev könüllüləri yaradılmış şəraitlə tanış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Bildirib ki, bu mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur.

Sonda Miqrasiya Könüllülərinə xatirə hədiyyələri təqdim olunub. Ekskursiyada bir sıra dövlət orqanlarının mətbuat katibləri də iştirak ediblər.

Dövlət Miqrasiya Xidməti