Beynəlxalq Diaspora Mərkəzi 07 dekabr 2011 – ci il tarixdə Sumqayıt Musiqili Dram Teatrınında İrəvanın tarixinə, mədəniyyətinə və folkloruna hərs olunan “Biz mütləq qayıdacağıq” adlı tədbir keçirib. Tədbirdə həmçinin İrəvan xalqının keçmişinə həsr olunan tarixi eksponatlar nümayiş olunub.
Daha sonra şəhidlərin əziz xatirəsi 1 dəqiqə sükutla yad olunub və himn səsləndirilib. Ardınca mərkəzin İrəvan departamentinin rəhbəri Əziz Ələkbərli bildirib ki, İrəvan xanlığı dedikdə tək İrəvan deyil, eləcə də Zəngəzur, Dərələyəz, Qaraqoyunlu və ümumilikdə bütöv Azərbaycan torpaqlarını nəzərdə tutmalıyıq. Tədbirdə millət vəkilləri Sabir Rüstəmxanlı, Musa Urud, Musa Qasımlı, Azərbaycan Milli QHT Forumunun Prezidenti Rauf Zeyni və digər iştiraçılar çıxış etmişlər…