Müdafiə Nazirliyi ordumuzdakı qadın hərbçilərin sayını açıqladı

Onlar əsasən zabit, gizir, miçman vəzifələrini tuturlar…

Onlar əsasən zabit, gizir, miçman vəzifələrini tuturlar.

 

Müdafiə Nazirliyindən hərbi hissələrdə xidmət edən qadın qulluqçuların sayı barədə açıqlama verilib.

 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, orduda min nəfərə yaxın qadın qulluqçu hərbi xidməti vəzifəsini yerinə yetirir.

 

Nazirlikdən bildirilib ki, hazırda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir.

/oxu.az/