NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası ilə əlaqədar gərginliyin səngiməsini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Tbilsidə jurnalistlərə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
“Biz hadisələrin gedişini diqqətlə izləyirik və son vaxtlar Ermənistanla Azərbaycan arasında qarşıdurmanın ciddi şəkildə kəskinləşdiyini qeyd edirik və bu da bizi narahat edir “, – o qeyd edib… Trend.