Norvecli qonaqla görüş

17 iyun 2008-çi il tarixdə «Azərbayçanda Miqrant və Məçburi Köckünlərin …17 iyun 2008-çi il tarixdə «Azərbayçanda Miqrant və Məçburi Köckünlərin Hüquqlarının Müdafiəsi» İçtimai Birliyinin ofisində Norvecdən gəlmiş qonaqla – Norvec Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatcısı xanım Heydi Kjarnetlə görüş olmuşdur.

H.Kjarnet İçtimai Birliyin (İB) fəaliyyət istiqamətləri ilə maraqlanmış, Ermənistan-Azərbayçan münaqişəsinin tarixi və onun həlli sahəsində həyata kecirilən tədbirlər, ölkədə qacqın və məçburi köckünlərin vəziyyəti, Azərbayçan hökumətinin onlara göstərdiyi qayğının səviyyəsi və sair məsələlər barəsində bilgilər əldə etmək niyyətini acıqlamışdır. O, bəzi məçburi köckün şəhərçiklərində olduğunu və məçburi köckünlərlə görüşüb söhbət etdiyini bildirmişdir.

İçtimai Birliyin sədri professor Nadir Abdullayev və İB-nin əməkdaşı, «Qolos Karabaxa»-«Voiçe of Karabakh» qəzetinin redaktoru Qədir Nəsirov qonağı maraqlandıran məsələlər barəsində ona ətraflı məlumat vermişlər.

Norvecli qonağa «Qolos Karabaxa»-«Voiçe of Karabakh» qəzetinin bir sıra nömrələrindən nüsxələr və onu maraqlandıran müvafiq sənədlər təqdim olunmuşdur.