Pan Gi Mun Qarabağda vurulan helikopterdən danışdı

BMT-nin baş katibi narahatdır…

BMT-nin baş katibi narahatdır.

BMT-nin Baş katibi Pan Gi Mun cümə axşamı Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda helikopter faciəsindən sonra regionda vəziyyəti gərginləşdirəcək heç bir addım atmamağa çağırıb.  

“BMT-nin baş katibi Minsk qrupunun həmsədrlərinin narahatçılığının ciddiliyi ilə razılaşır”, – BMT-nin baş katibinin nümayəndəsi Farhan Haq jurnalistlərə bildirib, Oxu.Az xəbər verir.

“O, yenidən tərəfləri atəşkəs haqqında razılığa riayət etməyə çağırıb. O, həmçinin tərəfləri vəziyyəti gərginləşdirə biləcək addım atmaqdan qaçmağa çağırıb”, – o əlavə edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabr ayının 12-də saat 13:45-də Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopteri Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndinin şərqində 1700 km-də olarkən hərbi kursa çıxıb və Azərbaycan ordusunun mövqelərinə hücum cəhdi göstərib. Azərbaycan tərəfindən açılan atəş nəticəsində helikopter məhv edilib.  

Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr aralı məsafəyə düşüb.

www.oxu.az