Putin Ukrayna hökumətini məsuliyyətsiz adlandırdı

 Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının genişlənməsində bu ölkənin rəhbərlərini günahlandırıb…

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının genişlənməsində bu ölkənin rəhbərlərini günahlandırıb

“Axar.az” xəbər verir ki, Putin Almaniya Baş naziri Angela Merkel və İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Kiyev hökumətini məsuliyyətsiz adlandırıb.
Rusiya lideri telefon danışığında 17 apreldə Rusiya, ABŞ, AB və Ukraynanın iştirakı ilə Cenevrədə keçirilməsi planlaşdırılan görüşü müzakirə edib.
Putin Ukrayna böhranının qarşısının alınmamasının bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxardığını qeyd edib.
Xatırladaq ki, Ukraynanın şərq və cənub bölgələrində hökumət binalarını ələ keçirən Rusiya tərəfdarlarına qarşı başladılan hərbi əməliyyat nəticəsində Kramatorsk aerodromu ələ keçirilmiş və 11 Rusiya tərəfdarı öldürülmüşdü.

 

/Trend/