Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin təqdim olunması planlaşdırılır

NATO Parlament Assambleyasının (PA) may ayında keçiriləcək plenar sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin təqdim olunması planlaşdırılır.

Bu barədə APA-ya Azərbaycan Milli Məclisindəki mənbədən məlumat verilib. Artıq Azərbaycan tərəfi qətnaməyə müəyyən əlavələr hazırlayıb. Əlavələrin detalları açıqlanmyıb.NATO Parlament Assambleyasının (PA) may ayında keçiriləcək plenar sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin təqdim olunması planlaşdırılır.

Bu barədə APA-ya Azərbaycan Milli Məclisindəki mənbədən məlumat verilib. Artıq Azərbaycan tərəfi qətnaməyə müəyyən əlavələr hazırlayıb. Əlavələrin detalları açıqlanmyıb.

NATO PA-dakı Azərbaycan nümayəndə heyətindən verilən məlumata görə, qətnamə 2010-cu ilin noyabr ayında Polşada keçirilən sessiyanın gündəliyinə salınsa da, sonradan Azərbaycanda parlament seçkiləri, nümayəndə heyətinin tədbirə qatıla bilməməsi ilə əlaqədar olaraq rəsmi Bakının təklifi ilə təxirə salınıb.

Ümumilikdə öncəki qətnamə layihəsi 6 maddədən ibarət olub və layihədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı əksini tapıb. Sənəd 2010-cu ildə kanadalı məruzəçi Raynell Andreyçuk tərəfindən hazırlanıb.

Qeyd edək ki, NATO Parlament Assambleyasının yaz sessiyası mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Apa.