Qarabağın talanı davam edir

Kəlbəcəri viran qoyan düşmən Ağdərə və Əsgərana üz tutub…

Kəlbəcəri viran qoyan düşmən Ağdərə və Əsgərana üz tutub.

 

Ermənilər Dağlıq Qarabağda Ağdərə və Əsgəranda yeni qızıl yataqlarının istismarına başlamağa hazırlaşır.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, artıq hər iki qızıl-mis mədəninin istismara başlanması üçün Ermənistanın “Base Metal” şirkəti tərəfindən ərazidə lazımi avadanlıqlar qurulub, texnikalar gətirilib, yataq işlənməsi üçün açılıb.

 

Bu ilin yazında İstismarına başlanacaq şirkətin nümayəndələri yeni yataqların ən azı 10 il işlənəcəyini bildiriblər.

 

Hər iki yatağın təhlükəsizliyi hərbçilər tərəfindən təmin olunur.

 

Qeyd edək ki, Qarabağda çıxan “Azat Artsax” qəzeti istifadəyə açılan yataqların Ağdərənin Canyataq və Əsgəranın Pircamal (Vardadzor) kəndi ərazisində yerləşdiyini yazır.

 

Hazırda “Base Metal” şirkəti Kəlbəcərdəki Heyvalı (Drmbon) yatağında da istismar işləri aparır.

 

/oxu.az/