Bu gün Pakistanın Azərbaycandakı səfiri cənab İnayətullah Kakarın təşəbbüsi ilə “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov onunla səfirliyin igamətgahında görüşmüşdür.
Q.Nəsirov səfirə dəvəti üçün təşəkkürünü bildirmiş, ona müstəqil Azərbaycan Respublikası, xüsusən onun Qarabağ problemii haqqında “Azərbaycanda Miqrant və Məcburi köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai birliyi, onun fəaliyyəti, ““Qolos Karabaxa”-“Voice of Karabakh” qəzeti barəsində müəyyən məlumatlar vermişdir… Səfir İ.Kakar “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinə müsahibə vermişdir. Həmin müsahibə qəzetin növbəti sayında dərc olunacaqdır.