İqtisadi böhran Ermənistanı ağır faciələrə sürükləməkdədir

Son 10 il ərzində cəmi 3 milyon yarımlıq Ermənistan əhalisinin 1 milyon 700 min nəfərinin ölkəni öz cənginə almış ağır iqtisadi böhran üzündən ev-eşiklərini tərk edib qürbət ölkələrə üz tutmaları, vaxtilə torpaqlarımız hesabına özlərinə dövlət yaratmış bu ifrat irqi ambisiyalı millətin yenidən keçmişə — öz vətənsizlik eralarına qayıtmalarından xəbər vermirmi? Bu gün təkcə Rusiyada erməni miqrantlarının sayı 300 min nəfəri ötüb.
Ermənistandan gedənlərin sayı gündən-günə artır. Özgə bayrağına bürünüb, yad himninin sədaları altında yürüyən millətin millət adı daşımağa haqqı varmı? «Daşnaksütyun » partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Armen Rüstəmyanın yana-yana etiraf etdiyi kimi, «əgər durum bu cür davam etsə, ermənilər qısa müddətdə milli azlığa çevriləcək və son nəticədə Ermənistan bir dövlət kimi öz varlığından məhrum olacaq «. Bu gün Ermənistanda onlarca sənaye müəssisəsinin qapılarından qara qıfıllar asılıb. On minlərlə təcrübəli mütəxəssis küçələrə tökülüb. Kəndlərin əksəriyyəti boşalıb. Fermerlərin bir çoxu onlara məxsus torpaq sahələrini və kənd təsərrüfatı avadanlıqlarını dəyər-dəyməzinə şəhərdəki oliqarxlara satıb ölkəni tərk edirlər.Son 10 il ərzində cəmi 3 milyon yarımlıq Ermənistan əhalisinin 1 milyon 700 min nəfərinin ölkəni öz cənginə almış ağır iqtisadi böhran üzündən ev-eşiklərini tərk edib qürbət ölkələrə üz tutmaları, vaxtilə torpaqlarımız hesabına özlərinə dövlət yaratmış bu ifrat irqi ambisiyalı millətin yenidən keçmişə — öz vətənsizlik eralarına qayıtmalarından xəbər vermirmi? Bu gün təkcə Rusiyada erməni miqrantlarının sayı 300 min nəfəri ötüb.
Ermənistandan gedənlərin sayı gündən-günə artır. Özgə bayrağına bürünüb, yad himninin sədaları altında yürüyən millətin millət adı daşımağa haqqı varmı? «Daşnaksütyun » partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Armen Rüstəmyanın yana-yana etiraf etdiyi kimi, «əgər durum bu cür davam etsə, ermənilər qısa müddətdə milli azlığa çevriləcək və son nəticədə Ermənistan bir dövlət kimi öz varlığından məhrum olacaq «. Bu gün Ermənistanda onlarca sənaye müəssisəsinin qapılarından qara qıfıllar asılıb. On minlərlə təcrübəli mütəxəssis küçələrə tökülüb. Kəndlərin əksəriyyəti boşalıb. Fermerlərin bir çoxu onlara məxsus torpaq sahələrini və kənd təsərrüfatı avadanlıqlarını dəyər-dəyməzinə şəhərdəki oliqarxlara satıb ölkəni tərk edirlər.
Zəngin iş adamları ölkəyə yatırım qoymağı xəyallarına belə gətirmirlər. Müxtəlif vəzifə kürsülərində əyləşmiş oliqarxlar isə xalqın dərisini soya-soya, haram yollarla topladıqları kapitallarını xarici banklara transfer etməklə məşğuldurlar. Ölkənin mətbu orqanlarından birinin yazdığı kimi, «2010-cu ildə dünyanın ən yoxsul ölkələri sırasına daxil edilmiş Ermənistanın indən belə iqtisadi böhrandan xilası qumsal səhraya səpilmiş toxumun cücərəcəyinə, kökü qurumuş ağacın yenidən göyərib bəhrə verəcəyinə ümid bağlamağa bənzər «.
Ermənistanın Qərb ölkələrindən yalvar-yapışla aldıqları sədəqələrin artması, uzun illərdən bəri öz əhalisinin maaş və təqaüdlərini xaricdən aldığı kreditlər hesabına ödəməsi bu ölkənin tezliklə ağır faciələr mənbəyinə çevriləcəyinə tam əminlik yaradır. Borcla ölkə saxlamaq mümkün deyildir. Həmin borclar nə vaxtsa öz sahiblərinə qaytarılmalıdır. Özü də faiziylə. Ancaq necə, hansı yollarla? Dövlət büdcəsi içi boş bir qazanı xatırladan Ermənistan miqdarı artıq 4 milyarda çatan, 89,6 faizi dövlət borcları olan həmin məbləği qapaya biləcəkmi? Təsadüfi deyil ki, artıq başını itirmiş, yad qapıları döyməkdən əlləri, yalvarmaqdan dili qabar bağlamış bu yoxsullar məmləkəti xarici borcları ödəmək iqtidarında olmayan dövlətlər siyahısına daxil edilib. Bu, çox qorxulu və təhlükəli bir tendensiyanın başlanğıcıdır. Əgər alınmış borclar vaxtında qaytarılmasa Ermənistana növbətı kreditlərin verilməsi, həmçinin həmin ölkəyə yatırımların yönləndirilməsi tam dayandırıla bilər ki, bu da erməni jurnalistlərindən birinin yazdığı kimi, «əkin sahələrində suvarmanın qızğın çağı çayların qəfil qurumasına bənzər «. İrəvandakı «Arka » İqtisadi Təhlillər Mərkəzinin tədqiqatlarında qeyd olunduğu kimi, xaricdə Ermənistan istehsalı olan sənaye və kənd təsərrüfatı mallarına olan tələbat da ilbəil azalmaqdadır. Artıq 10 ildir ki, ölkənin xarici ticarət əlaqələrində idxal ixracı üstələyib. Bu da son nəticədə milli gəlirin az qala sıfır həddinə enməsinə səbəb olub. Təkcə ötən il ölkədə 14,4 faiz iqtisadi geriləmə qeydə alınıb. Kənd təsərrüfatında məhsuldarlıq 25 faiz aşağı olub. İxracın 40 faiz azalması Ermənistan üçün fəlakətli bir dövrün başlanmasından xəbər verir. Ermənistan 2008-ci ildə qonşu Gürcüstanda yaşanılan Abxaziya və Cənubi Osetiya sindromlarına görə Rusiya, Ukrayna, Belarus və Moldova bazarlarına çıxışdan da məhrum olub. Ermənistanın maliyyə naziri Tiqran Davityanın dediyinə görə, yaranmış iqtisadi böhrandan xilas üçün Rusiyadan 500 milyon, Dünya Bankından isə 700 milyon dollar kredit almaq istəyində olsalar da qarşı tərəfdən hələlik səs-səmir yoxdur. Qlobal iqtisadi böhrana qədər Ermənistana xaricdəki diasporlardan hər il 2 milyard dollara yaxın vəsait daxil olurdu. Dövlət ölkənin ödəmə balansındakı defisitin 50 faizdən çoxunu məhz həmin pullarla örtürdü. İndi isə xaricdən Ermənistana pul transferləri ötən illərlə müqayisədə 30-35 faiz aşağı düşüb. Ölkə beynəlxalq donor təşkilatlarının da dəstəyindən məhrum olub. Xaricdəki diaspor təşkilatlarının yardımları, həmçinin Ermənistana və Qarabağa kömək üçün hər il ABŞ-da Ümumerməni Yardım Fondu tərəfindən təşkil olunan telemarafonlarda toplanan pulların həcmi ilbəil azalmaqdadır. Bu il həmin fond tərəfindən cəmi 10 milyon dollar toplamaq mümkün olub ki, onunla da bu ölkənin yarası sağalmaz. Ermənistan sovet hakimiyyəti illərində malik olduğu sənaye potensialının 90 faizindən məhrum olub. Ölkənin bütün iri sənaye kompleksləri əcnəbilərin əlindədir. İrəvan konyak zavodunu Fransa şirkəti alıb. Mis-molibden kombinatını almanlar ələ keçirib. İri qranit zavodunu İsrail şirkəti alıb. Qalanları da Rusiya şirkətlərinin ixtiyarındadır. Hazırda Ermənistanın 1400-dən artıq müəssisəsi Rusiyanın mülkiyyətindədir. Rusiya faktiki olaraq Ermənistanı özəlləşdirib və onu xarici investorlar üçün perspektivsiz bir ölkəyə çevirib. Onu da qeyd edək ki, indiyədək Rusiya Ermənistana qazı güzəştli qiymətlə satırdı. Ancaq bu yaxınlarda «Qazprom «un qazı digər dövlətlər kimi onlara da bazar qiymətləri ilə, yəni, iki qat bahasına satacağı barədə xəbərdarlığı Ermənistanı şok vəziyyətinə salıb. «MİTK » Erməni Araşdırmalar Mərkəzi ölkəni öz ağuşuna almış iqtisadi, maliyyə və sosial böhranın qarşısını müəyyən qədər sədləmək üçün çoxkombinasiyalı layihələr hazırlasa da bunun heç bir səmərəsi olmayıb. Ermənistanda gedən çarpaşıq proseslər faktiki olaraq ölkənin və xalqın əleyhinə işləyir. Artıq ağır iqtisadi böhran məngənəsində boğulan xalq əcnəbi diasporlardakı yurddaşlarının zorla onların beyninə pərçimlədikləri «dənizdən-dənizə böyük Ermənistan » xülyasının boş bir əfsanə olduğunu, Azərbaycan kimi qüdrətli bir dövlətin tərkibində Dağlıq Qarabağ adlı ikinci bir erməni dövlətinin yarana bilməyəcəyini dərk etməkdə, qondarma millətçilik təbliğatına inam çəpərlərini dağıtmaqda, mövcud hakimiyyətə qarşı nifrət və qəzəb nümayiş etdirməkdədir. Hətta ölkənin əsas idarəedici qurumlarından biri, dünyadakı çoxsaylı erməni terror təşkilatlarının yaradıcısı və təkanverici qüvvəsi olan Qriqoryan kilsəsi belə bu böhranın qarşısını almaqda aciz qalıb. Keçmiş baş nazir Qrant Baqratyanın dediyi kimi, hazırda Ermənistanda ümumi daxili məhsulun 55 faizi 10 klanın əlində cəmləşib. Kölgə iqtisadiyyatının həcmi 70 faizi ötüb. Korrupsiyaçılıq vahid mərkəzdən idarə edilən bir struktura çevrilib. Əhalisinin xeyli hissəsi aclıq və yoxsulluq içində çırpındığı halda, bir qrup oliqarxı pul dəryasında üzən ölkənin gec-tez fəlakətə düçar olacağı şəksizdir. «Ayots aşxar » qəzetinin yazdığına görə, Ermənistan siyasi, iqtisadi və sosial böhranlar məngənəsində boğulmaqdadır. Əhalinin 1 milyon 100 min nəfəri son dərəcə yoxsul təbəqəyə mənsubdur. Bu, ötən ildəkindən təxminən 60 faiz çoxdur. Miskin durumda olan əhalinin əksəriyyəti əçnəbi ölkələrdəki qohumlarının göndərdiyi cüzi vəsaitlər hesabına yaşayır. Ermənistanın öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğala məruz qoymasının beynəlxalq hüquqa zidd olduğunu, bu prosesin yaratdığı faciəli durumun ölkədə sosial fəlakəti günbəgün dərinləşdirdiyini və bütün bunların Ermənistanın bir dövlət və xalq olaraq məhvinə rəvac verəcəyini ermənilərin öz mətbu orqanlarında dərc etdirdikləri yazılarda və beynəlxalq sosial qurumlara ünvanladıqları rəylərdə də açıq görmək olar.
Bu gün Ermənistan Yer kürəsində demokratik təsisatları tam eroziyaya uğramış ölkələr sırasındadır. Siyasi hüquqlar müdafiəsiz qalıb. Müstəqil məhkəmə sistemi yoxdur. Mətbuatda azad sözün qapıları qapanıb. Açıq fikirli qələm sahibləri hər addımda təqib olunur, çirkin xislətlərinə görə tənqid hədəfinə çevirdikləri oliqarxların qoruyucuları tərəfindən ağır fiziki təzyiqlərə və işgəncələrə məruz qalırlar. Ənənəvi dini baxışlardakı monofizit prinsiplər pozulur. Ölkədə seçkilər normal keçirilmir. Bu yaxınlarda Ermənistan parlamentinə əlavə seçkilər zamanı əhalinin 70 faizdən çoxu səsvermədə iştirak etməyib. Vicdan azadlığının, plüralizmin, mənəvi-əxlaqi dəyərlərin tapdalanması adi hala çevrilib. Bütün bunlar Ermənistanın iç dünyasını parçalamaqda, onu sağalmaz xəstəliklərə düçar etməkdədir./Azərbaycan/