“İran Dağlıq Qarabağ məsələsində vahid mövqeyini Ermənistandakı səfiri vasitəsilə təqdim etməlidir”

“İranın Dağlıq Qarabağ məsələsində Ermənistandan və Azərbaycandan səsləndirilən mövqeləri əvvəlki tək ziddiyyətlidir və üst-üstə düşmür. Azərbaycandakı səfirlik İranın Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini bildirdir”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Onun sözlərinə görə, Möhsün Pak Ayin səfir təyin olunduqdan sonra bu mövzuda bəyanatlar daha da intensivləşib: “Eyni zamanda İranın Ermənistandakı səfirliyi də bu mövzuda rəsmi Bakıdan səslənən fikirləri təkzib edir. Hətta diplomatiya praktikasında rast gəlinməyən fikirlər işlədilir: “Səfirin şəxsi mövqeyi”. Az sonra İranın Ermənistandakı səfiri Rəisi şəxsən özü də bu fikri işlətdi. Səfirin mətbuat qarşısında şəxsi mövqeyi ola bilməz. Rəisi əvvəlki səfir Saqiyan tək aktiv deyil. Onun bəzi bu fikirləri İran üçün aşağılayıcı kimi görünə bilər. İranın Ermənistandakı səfirinin fikrincə, Ermənistan ərazisi vasitəsilə “Şimal-Cənub” marşrutunun reallaşması İranın dünya bazarına çıxışını təmin edəcəkdir. Yəni Ermənistan olmasa, İran dünya bazarına çıxa bilməz. Hər-halda bu səfirin şəxsi mövqeyi və ya dövlət mövqeyi olmasından asılı olmayaraq savadsız və eləcə də antiiran mövqedir. Səfir Pak Ayin Ermənistandakı həmkarının mövqeyinə dözümlülük nümayiş etdirməsi hələlik təəssüf doğurur…“İranın Dağlıq Qarabağ məsələsində Ermənistandan və Azərbaycandan səsləndirilən mövqeləri əvvəlki tək ziddiyyətlidir və üst-üstə düşmür. Azərbaycandakı səfirlik İranın Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini bildirdir”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Onun sözlərinə görə, Möhsün Pak Ayin səfir təyin olunduqdan sonra bu mövzuda bəyanatlar daha da intensivləşib: “Eyni zamanda İranın Ermənistandakı səfirliyi də bu mövzuda rəsmi Bakıdan səslənən fikirləri təkzib edir. Hətta diplomatiya praktikasında rast gəlinməyən fikirlər işlədilir: “Səfirin şəxsi mövqeyi”. Az sonra İranın Ermənistandakı səfiri Rəisi şəxsən özü də bu fikri işlətdi. Səfirin mətbuat qarşısında şəxsi mövqeyi ola bilməz. Rəisi əvvəlki səfir Saqiyan tək aktiv deyil. Onun bəzi bu fikirləri İran üçün aşağılayıcı kimi görünə bilər. İranın Ermənistandakı səfirinin fikrincə, Ermənistan ərazisi vasitəsilə “Şimal-Cənub” marşrutunun reallaşması İranın dünya bazarına çıxışını təmin edəcəkdir. Yəni Ermənistan olmasa, İran dünya bazarına çıxa bilməz. Hər-halda bu səfirin şəxsi mövqeyi və ya dövlət mövqeyi olmasından asılı olmayaraq savadsız və eləcə də antiiran mövqedir. Səfir Pak Ayin Ermənistandakı həmkarının mövqeyinə dözümlülük nümayiş etdirməsi hələlik təəssüf doğurur.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İranın vasitəçiliyini qəbul etməyən, ATƏT-in Minsk Qrupunu alternativsiz vasitəçilik kimi qəbul edən, regiondankənar qüvvələrin Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmasının tərəfdarı da yalnız Ermənistandır. İran belə Ermənistanı izolyasiyadan çıxarır, qeyri-regional dövlətlər kimi onun mövqeyinin güclənməsinə yardım edir. Azərbaycanın işğalçı Ermənistanla bağlı mövqeyi, apardığı kurs bəllidir. Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərtərəfli izolyasiyaya məruz qalmalıdır. Yəni Ermənistanın həm dövlət olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əlaqəsi, həm də qrup kimi ATƏT-in Minsk Qrupunun Ermənistanın yanında olması Azərbaycanın marağında deyil. İran izolyasiya ilə bağlı, o cümlədən Dağlıq Qarabaq münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın mövqeyini qəbul edərsə, o zaman Ermənistan dərhal İranın vasitəçilik təklifini qəbul edəcək, İranı özü üçün vacib dövlət hesab edəcəkdir. İndi İran Ermənistan üçün nüfuzu olmayan donor dövlət rolunu oynayır. Azərbaycan Dağlıq Qarabağ məsələsində alternativ vasitəçilikdə maraqlıdır. Ermənistan isə konsensus səsvermə mexanizmi ilə işlədiyi üçün yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyində maraqlıdır. Azərbaycan ATƏT-in Minsk Qrupundan narazıdır. Bunu təkcə müxalifət, ekspertlər və siyasilər demir. Azərbaycanda heç bir rəsmi ATƏT-in Minsk Qrupunun razı deyil. Əksinə vaxtaşırı rəsmi Bakının nümayəndələri ATƏT-dən narazılığını bildirirlər. Ermənistanda ATƏT-in Minsk Qrupundan narazı olan yoxdur. O baxımdan İranın region dövlətlərlə bağlı dediyi kökündən yalandır. İran region dövlətlərinin onun qonşuluğunda bu münaqişə ilə məşğul olmasından divident qazanır. “Mən sizə maneçilik etmirəm, əksinə yardım edirəm”.
İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsi yaranandan bəri iki dəfə vasitəçilik missiyasını irəli sürüb. 1992-ci ilin may ayında reallaşan vasitəçilik missiyasına təzyiq olmasına baxmayaraq Azərbaycan dərhal razılıq verdi, Ermənistan çək-çevirə salıb bir müddətdən sonra o da razılığını bildirdi. İran özünün 1992-ci il vasitəçilik missiyasının reallaşmamasından ötrü Azərbaycana təzyiqlər edildiyindən məlumatlı idi. Buna baxmayaraq İran vasitəçilik missiyasında təkid etdi. Nəticə göz qabağındadır. İranın vasitəçilik missiyasına maneçilik törədən qüvvələrin birbaşa dəstəyi ilə ermənilər Şuşanı işğal etdi. İran Ermənistana belə mövqeyinə qətiyyən reaksiya vermədi. Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın məktubunu alan prezident Haşimi Rəfsəncani Ermənistanla İranın əlaqələrinin daha da inkişaf edəcəyini bildirdi. Şuşanın işğalı ilə nəticələnmiş vasitəçilik missiyasının müəllifi olan İran aşkar şəkildə Ermənistana dəstək verdi, xilaskar rolunu oynadı. Sanki İran başa düşdü ki, o erməniləri hərtərəfli dəstəkləməlidir. Bu Rusiya və ABŞ-ın İrana təlimatı kimi qəbul edildi.
İranın ikinci vasitəçilik missiyasının hazırlıq mərhələsi uzun çəkdi. Nəhayət Azərbaycan Dağlıq Qarabağ məsələsində İranın vasitəçiliyinə müsbət münasibəti barədə məlumatlar hətta İran mətbuatında gedib. İranın o zamankı xarici işlər naziri Möttəki dərhal Yerevana getdi. Rəsmi Yerevan İranın vasitəçilik missiyasını qəbul etmədi. İran Ermənistanın bu mövqeyi barədə susdu.
Şuşanın işğalı ilə nəticələnmiş birinci vasitəçilik missiyasından sonra Ermənistana aşkar şəkildə hərtərəfli dəstək vermək kursu götürmüş İran ikinci dəfə onun vasitəçiliyini rədd edən Ermənistana yenidən əlavə iqtisadi layihələr təklif etdi. İranla Ermənistanın eyni mədəniyyətin daşıyıcısı olması, Mehridə SES tikintisi bunun məhsuludur.
İndinin özündə də İranın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe Allahın, müsəlmançılığın, qonşuluğun və beynəlxalq hüquq normalarının tam ziddinədir. Dağlıq Qarabağ məsələsində İranın mövqeyi bizə bəllidir, bizi qane edir və İranın o mövqeyindən istifadə edirik. Lakin mübahisələrin kəsilməsi xatirinə İran diplomatlarının elədiyi səhvlərin qismən azalması məqsədilə İrana Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini formalaşdırıb, bunu Ermənistandakı səfiri vasitəsilə bəyan etməsini məsləhət bilirik. İranın bu mövqeyində Dağlıq Qarabağın kimə məxsusluğuna münasibət bildirilməlidir. İranın mətbuatı, o cümlədən televiziyası da Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu dəfələrlə şübhə altına alıblar, onu mübahisəli ərazi kimi təqdim ediblər. İran parlamentini iki erməni deputatı Yerevandakı mətbuat konfransında rəsmi Tehranın Dağlıq Qarabağı həmişə erməni torpağı hesab etdiyini bildirdilər.
Fələstin probleminin həllini yalnız müharibədə görən İran Dağlıq Qarabağ tənzimləməsi üçün yalnız danışıqlar yolunu təklif edir. Onun mövqeyi Ermənistan və ATƏT-in Minsk Qrupunun mövqeyi ilə tam üst-üstə düşür.
Dağlıq Qarabağ məsələsində və eləcə də Azərbaycanın müstəqilliyi məsələsində ən yaxşı tarixçi ekspert İranın keçmiş xarici işlər naziri, indi İranın Ali dini liderinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətidir. Səfir Pak Ayin Azərbaycanın müstəqilliyinin tanınmasında, Dağlıq Qarabağ məsələsində, İranın Azərbaycana və Ermənistana qarşı siyasətinin müəyyən olunmasında onun rolunu öyrənsin. Əli Əkbər Vilayəti tarixçi ekspert kimi ona SSRİ dağılan ərəfədə Moskvada Azərbaycanın müstəqilliyi barədə apardığı danışıqlar barədə məlumat verə bilər. O zaman səfir Dağlıq Qarabağ məsələsində İranın mövqeyinin bünövrəsinin haradan qaynaqlandığını başa düşəcək. Həm də başa düşəcək ki, İran anlamında islam dövləti olmaq üçün sən demə başqa bir İslam dövlətinin yaranmasına, inkişafına əngəl törətmək lazımdır”.

Apa.az