Rumıniya səfiri: Azərbaycan və NATO arasında münasibətlər strateji əhəmiyyət daşıyır

Azərbaycan NATO-nun çox mühüm tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu bu gün Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu jurnalistlərə bildirib. D.Çiobanu deyib: “Azərbaycan və NATO arasında münasibətlər strateji əhəmiyyət daşıyır “…

Azərbaycan NATO-nun çox mühüm tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu bu gün Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu jurnalistlərə bildirib. D.Çiobanu deyib: “Azərbaycan və NATO arasında münasibətlər strateji əhəmiyyət daşıyır “. Səfirin sözlərinə görə, NATO Azərbaycanın təkcə hərbi deyil, həmçinin maliyyə, tranzit və təlimlər nöqteyi-nəzərindən Əfqanistana verdiyi töhfəni yüksək qiymətləndirir.

 

Rumıniya səfiri, həmçinin əfqan mütəxəssislərin Azərbaycan universitetlərində təlim almasını da çox müsbət qiymətləndirib. /Trend/