Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq

Rəsmi Bakı ümid edir ki, Rusiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq, onları daha səmərəli edəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə “Vladimir Putinin yeni prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından nə gözləyirsinizz? ” sualını cavablandırarkən Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib… Trend.