İspaniya parlamentinin Xarici İşlər Komissiyası uydurma “erməni soyqırımı”nı tanımaqdan imtina edib

İspaniya parlamentinin Xarici İşlər Komissiyası uydurma “erməni soyqırımı”nın tanınması təklifini lehinə 3, əleyhinə 36 səs olmaqla rədd edib.İspaniya parlamentinin Xarici İşlər Komissiyası uydurma “erməni soyqırımı”nın tanınması təklifini lehinə 3, əleyhinə 36 səs olmaqla rədd edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Bask bölgəsində fəaliyyət göstərən “Amaiur” koalisiyasından olan 2 millət vəkili Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrin soyqırım kimi tanınması barədə layihə hazırlayıb. Layihəyə sadəcə Birləşmiş Sol (İU) və Bask Millətçi Partiyası (PNV) dəstək verib. Hakimiyyətdəki Xalq Partiyası (PP) və ana müxalifətdəki Sosialist İşçi Partiyası (PSOE) başda olmaqla digər partiyalar layihəyə qarşı çıxıblar.
Xalq Partiyasının nümayəndəsi Xose Maria Beneyto və sosialistlər adından çıxış edən Meritxell Batet bu addımın Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəyini söyləyiblər. Demokratiya və Proqressiv Birlik (UPyD) Partiyasının təmsilçisi İrene Lozano isə layihəni gündəmə gətirənlərə sərt etirazını bildirib: “Bura gəlib ermənilər üçün timsah göz yaşları tökməkdən əvvəl Bask bölgəsində terror hücumları nəticəsində ölənlər üçün ağlayın və bu terroru pisləyin. Məncə bu hərəkət ikiüzlülükdür”.

apa.