İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıdı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb və üzv dövlətləri 2013-cü ildə də “Xocalıya Ədalət ” kampaniyasına dəstək verməyə çağırıb.
Trend Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən baş qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Cibutidə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilib. Forumun fəaliyyəti ilə bağlı Forum tərəfindən təqdim edilmiş qətnamə layihəsi İƏT XİNŞ tərəfindən sözügedən sessiya zamanı qəbul edilib və bununla İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırım aktı kimi tanıyıb… Trend.az