İtaliyanın “Charta Minuta ” jurnalında Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktı

İtaliya parlamentində “Farefuturo Fondazione ” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta “nın son buraxılışına həsr edilmiş konfrans keçirilib.
Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr ” adlanır və Avropada həll edilməmiş münaqişələrə həsr olunub. Buraxılışda Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırımına geniş yer ayrılıb. Trend-in məlumatına görə, bu barədə AzərTAc-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bildirilib… Trend.