“The Washington Post ” qəzeti Bakıda keçirilən ümumxalq yürüşü haqqında məqalə dərc edib

ABŞ-ın nüfuzlu “The Washington Post ” qəzetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşü haqqında məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, fevralın 26-da on minlərlə insan Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün Bakıda ümumxalq yürüş keçirib…ABŞ-ın nüfuzlu “The Washington Post ” qəzetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşü haqqında məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, fevralın 26-da on minlərlə insan Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün Bakıda ümumxalq yürüş keçirib.
Qəzet qeyd edir ki, beynəlxalq təşkilatlar bu qətliamı pisləyir və bunu Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli qırğını hesab edir.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Trend.