Ukrayna telekanalları Azərbaycan peykinin resurslarına keçirilir

Ukraynanın “Ukrkosmos ” dövlət müəssisəsi açıq formatda yayımlanan ölkə telekanallarının Azərbaycanın “Azerspace/Africasat-1a ” telekommunikasiya peykinin köməyi ilə sınaq yayımına başlayıb. Bunu Trend-ə “Ukrkosmos “dan deyiblər…

Ukraynanın “Ukrkosmos ” dövlət müəssisəsi açıq formatda yayımlanan ölkə telekanallarının Azərbaycanın “Azerspace/Africasat-1a ” telekommunikasiya peykinin köməyi ilə sınaq yayımına başlayıb. Bunu Trend-ə “Ukrkosmos “dan deyiblər.

Hazırda Azərbaycan peyki vasitəsilə “Mədəniyyət “, “Mərkəzi kanal ” (KDRTRK), “Lviv TV “, “UTR “, “ОЕ “, “Boutique TV “, “ChePe Info ” və “Radio Antoshka ” televiziya kanallarının sınaq yayımı həyata keçirilir.

Dövlət müəssisəsindən qeyd ediblər ki, fevralın sonunadək telekanallar tam olaraq Azərbaycan peykinin resurslarına keçiriləcək.

Televiziya kanallarının Azərbaycan peykinin resurslarına keçirilməsi üzrə “Azərkosmos ” ASC və “Ukrkosmos ” arasında müqavilənin imzalanması fevralın sonuna gözlənilir.

Qeyd edək ki, hazırda Azerspace/Africasat-1a peyki vasitəsilə təqribən 70 televiziya və radiokanal yayımlanır.

 

Trend.az