“Ukrayna ləyaqət və azadlıq ərazisidir”…
“Ukrayna ləyaqət və azadlıq ərazisidir”.
Bu gün Ukraynada Maydanın ildönümü qeyd edilir.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu bayram Petr Poroşenkonın 2014-cü il 13 noyabr tarixində verdiyi sərəncam ilə təsis edilib.
Dövlət rəhbərinin qeyd etdiyi kimi “Ukrayna ləyaqət və azadlıq ərazisidir. Bizi belə, bir yox, iki inqilab edib – 2004-cü ildə Azadlıq Bayramı olan Maydan və 2013-cü ilin Ləyaqət İnqilabı. Bu, Ukrayna üçün həddən artıq ağır sınaq idi, ukraynalılar öz avropalılıqlarını, ləyaqətlərini və azadlığa can atmaqlarını göstərdilər. Mənə Ukraynanın prezidenti kimi bunu sənədlə təsdiq etmək və ukraynalıların bundan sonra hər ilin noyabr ayının 21-də qeyd edəcəkləri Ləyaqət və Azadlıq Günü barədə sərəncam imzalamaq qalır”.
Xatırladaq ki, 2001-ci ilin dekabr ayının 30-da Ukrayna prezidenti Viktor Yanukoviç öz fərmanı ilə 2005-ci ildən qeyd edilən 22 noyabr Azadlıq Gününü, Narıncı İnqilabın başlanması gününü ləğv etdi.
Yanukoviç bununla yanaşı Müstəqillik Gününün başqa günə – 22 yanvara keçirilməsi barədə fərman imzalayıb. Həmin gün Ukrayna xalq respublikasının və Qərbi Ukrayna Xalq Respublikasının 1919-cu ildə birləşməsinə dair Aktın bəyan edilməsi günü kimi qeyd edilirdi. Bu fərmana müvafiq olaraq hər ilin yanvar ayının 22-də dövlət Birləşmə və Müstəqillik günü kimi qeyd edilirdi.
2013-cü ilin noyabrın sonunda Avropa İttifaqı ilə assosiasiya barədə müqavilənin imzalanmasından etiraz etməsi dövlətin tarixində ilk dəfə kütləvi iğtişaşa səbəb oldu. Ukraynanın Nazirlər Kabineti 2013-cü ilin noyabr ayının 21-də Ukrayna və Avropa İttifaqı arasında Vilnüsdə 28-29 noyabrda keçiriləcək “Şərq partnyorluğu” sammitində imzalanacaq assosiasiya Sazişinə hazırlıq prosesinin dayandırılmasına dair qərar qəbul etdi.
2013-cü ilin noyabr ayının 30-da Xüsusi təyinatlı “Berkuta” tərəfindən Azadlıq Maydanında Kiyevdə onlarla tələbənin döyülməsindən sonra Ukrayna küçələrinə yüzlərlə vətəndaş çıxdı.
Noyabr ayının sonlarından başlayan aksiyalar 2014-cü ilin fevral ayının sonuna qədər davam etdi və Avromaydan, Maydan daha sonra isə Ləyaqət İnqilabı adını aldı. Nəticədə, Azadlıq Maydanında Kiyevdə kütləvi şəkildə silahsız adamların güllələnməsindən sonra, Yanukoviç Rusiyaya qaçdı.