Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi

Şənbə günü, ABŞ-da Corc Meyson universitetinin münaqişələrin analizi və həlli məktəbində (Vaşinqton, ABŞ) ABŞ-dan, Azərbaycan Respublikasından və Ermənistan Respublikasından ekspertlərin iştirakı ilə Qarabağ mövzusuna həsr edilmiş və “Dağlıq Qarabağ siyasi dalanından çıxışı ” adlı beynəlxalq konfrans keçirildi. Konfransın moderator rolunda Tomas de Vaal çıxış etdi. Trend -in məlumatına görə, bu barədə “Vestnik Kavkaza ” xəbər verir.
Tədbirdə 40 nəfərdən çox insan iştirak etdi: bu məşhur amerika alimlər və ekspertlərdir – “konfliktoloqiya ” termininin müəllifi Con Makdonald, Piter Svibberq. Azərbaycanı və Ermənistanı Azərbaycan Respublikasının PA yanında strateji tədqiqatlar İnstitutunun direktoru Gülnar Məmmədova, Təbib Hüseynov, İrina Çiplonyan, Tevon Poqosyan və başqaları təqdim edirdi. Tevon Poqosyanın təcavüzkar ittihamedici ritorikasıyla yanaşı, əsasən konfransın iştirakçıları konstruktiv çıxış edirdilər… Trend.