Valeri Çeçelaşvili: GUAM “dondurulmuş münaqişələr “in həlli ilə bağlı səylərini davam etdirir

GUAM-ın beynəlxalq təşkilat olaraq bütün münaqişələrə universal yanaşması var. Bu, həm Dağlıq Qarabağ, həm Osetiya və Abxaziya, həm də Dnestryanı münaqişələrə aiddir. GUAM-ın “dondurulmuş münaqişələr “in həlli və sülhün təmin olunması ilə bağlı bəyannamə layihəsi var. Bu bəyannamənin BMT-də qəbulu üçün birgə səylər göstərilir. Trend-in məlumatına görə, bu sözləri bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
O bildirib ki, Varşavada nazirlər səviyyəsində keçirilən görüşdə iş planı təsdiq olundu və ona uyğun GUAM çərçivəsində bir çox istiqamətdə işlər aparılır.
Baş katibin sözlərinə görə, bu istiqamətlərdən biri GUAM ərazisində sərbəst ticarət zonasının inkişaf etdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə – kriptoqrafik müdafiə sisteminin qurulması, turizmin inkişaf etdirilməsi, yapon tərəfdaşlarla işlərin digər bazarlara çıxarılması, GUAM-ın nəqliyyat dəhlizi konsepsiyasının təsdiqlənməsi, enerji resurslarının daşınması və s. məsələlər var… konfrans təşkil olunacaq “, – Çeçelaşvili deyib.