Xələf Xələfov: “Bosniya və Herseqovina Parlamentinin Xocalı qətliyamı ilə bağlı qəbul etdiyi qətnaməni yüksək qiymətləndiririk”

“Bosniya və Herseqovina Parlamentinin fevralın 26-da qəbul etdiyi qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım olub”. APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd olunan qətnamənin qəbulunu belə şərh edib…

“Bosniya və Herseqovina Parlamentinin fevralın 26-da qəbul etdiyi qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım olub”. APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd olunan qətnamənin qəbulunu belə şərh edib. “Biz Xocalı qətliamının beynəlxalq tanınmasını faciə qurbanlarına münasibətdə ədalətə verilən qiymət kimi dəyərləndiririk və bir sıra ölkələrin parlamentlərinin, xüsusilə Bosniya və Herseqovina parlamentinin Xocalının azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi qırğını tanıyan və qınayan qərarını yüksək qiymətləndiririk.

Xocalı qətliamının tanınması və qınanması istiqamətində beynəlxalq həmrəyliyə əsaslanan səylərin davam edəcəyinə inanırıq və hesab edirik ki, belə səylər insanlığa qarşı bu qəbildən olan dəhşətli cinayətlərin təkrar olunmamasına xidmət edəcək”.

/APA/