Xocalı aeroportunun mümkün açılışı məsələsi diplomatik yolla həll edilməlidir

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle dünən Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Avropa Komissiyasının məlumatında deyilir.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Xocalı aeroportuna dair məsələnin nizamlanmasını müzakirə ediblər.
Füle Azərbaycanı və Ermənistanı bu aeroportla bağlı məsələnin diplomatik həlli yollarını axtarmağa, regionda gərginliyin güclənməsinə kömək edə biləcək istənilən hərəkətdən qaçmağa çağırıb… Trend.az