Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa Tribunalına müraciət ünvanlanacaq

Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa Tribunalına müraciət ünvanlanacaq. Bu barədə bazar ertəsi Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında çıxışı zamanı İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun rəhbəri Elşad İskəndərov bildirib.

“Xocalıya Ədalət ” kampaniyası çərçivəsində onlayn və digər formalarda müraciətlər (petisiya) imzalanır. Bu il həmin petisiya Beynəlxalq Haaqa Tribunalına təqdim olunacaq. Haaqa Tribunalı Xocalı faciəsinə hüquqi qiymət verilməsi baxımından böyük önəm daşıyır “, – İskəndərov əlavə edib.

Onun sözlərinə görə, məhkəmənin qərarı bu məsələyə son nöqtəni qoya bilər… Trend