Avropa Azərbaycanlıları Konqresi (AAK) Xocalı soyqırımının tanınmasına dair imza aksiyası həyata keçirir. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar keçirilən aksiyanın məqsədi XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır… Trend.az