Əfqanıstan prezidenti Azərbaycana gəlib

Onu Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar…

Onu Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Əfqanıstan İslam Respublikasının prezidenti Əşrəf Qəni Əhmədzay Azərbaycana işgüzar səfərə gəlib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ə. Əhmədzayı hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar. 

 

www.oxu.az