Azərbaycan xalqı əsgərlərimiz üçün 60 milyon manat topladı

Artım manat hesabında olub…

Artım manat hesabında olub.

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait son bir ayda 766 824 manat (977,593 ABŞ dolları) artıb.

Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 1 dekabr tarixinə Fondun manat hesabındakı vəsait 59 196 080 manat, ABŞ valyutası ilə olan hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım Azərbaycan manatı hesabında olub. ABŞ dolları və avro hesabındakı vəsait dəyişməz qalıb, Rusiya rublu ilə hesaba isə vəsait daxil olmayıb.

Ümumilikdə Silahlı Qüvvələrinə Yardım Fondunun toplam vəsaiti 75 milyon 335 min 519 ABŞ dollarına çatıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

www.oxu.az