Appaturay: NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyəcək

Şimali Atlantika alyansı Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini tənzimlənməsində iştirak etməyəcək. NATO Baş katibinin Qafqaz və Orta Asiya ölkələri ilə əlaqə üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay belə bəyan edib.
«İki ölkənin mövcud münasibətləri bizdə narahatlıq oyatsa da, NATO Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında öz rolunu görmür», deyə Appaturay Moskvada keçirdiyi mətbuat konfransında bildirib. O həmçinin əlavə edib ki, Şimali Atlantika alyansı Cənubi Osetiya və Abxaziya məsələlərində də iştirak etmək fikrində deyil.

Apa.