“sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb”.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlərinin yekunları ilə bağlı yaydığı bəyanatda bildirilir.
Həmsədrlər 2010-cu ilin oktyabr ayında Həştərxanda yüksək səviyyəli görüşü ilə başlayan işlər nəticəsində müsbət işlərin görüldüyünü vurğulayıblar. Onlar tərəfləri münaqişənin sülh yolu ilə həlli və yeni mərhələyə başlamaq üçün növbəti irəliləyişlərə nail olmağa çağırıblar. Apa.