ATƏT MQ Dağlıq Qarabağ üzrə sülh prosesinin aktivləşdirilməsinin yollarını axtarır – səfir

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri gələn həftənin əvvəlində regiona gələcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Save the children ” təşkilatının layihəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Həmsədrlər Bakıda əsas prinsipləri və Kazan görüşü zamanı hər iki tərəfin formalaşdırdığı məsələlərin həlli yollarını müzakirə edəcəklər. Minsk qrupu impulsun saxlanması və Dağlıq Qarabağ üzrə sülh prosesinin aktivləşdirilməsinin yollarını axtarır “, – səfir deyib.
Brayzanın sözlərinə görə, ABŞ əvvəlki kimi ən yüksək səviyyədə Minsk prosesinin irəliləməsinə kömək etməyə fəal cəhd edir… Trend.