Dağlıq Qarabağ problemi Avropada həlli mümkün olan bəzi münaqişələrdən biridir – Rusiya Prezidenti

Rusiya Prezidenti Dmitri Medvedev inandırıb ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına köməyi davam etdirir, lakin hər iki xalq razılığa gəlməyə çalışmalıdır. Bununla yanaşı, RF rəhbəri Dağlıq Qarabağ probleminin Avropada həlli mümkün olan bəzi “dondurulmuş münaqişələr “dən biri olduğunu qeyd edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
Gənclərlə görüşdə Medvedev etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsində real çətinliklər, hüquqi konstruksiyaların müxtəlif cür anlaşılması, maraqların müxtəlif yığımı mövcuddur.
“Rusiya şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Bu iş davam etdiriləcək “, – RF Prezidenti deyib.
Onun fikrincə, lakin “nəticədə nizamlama – bu çox çətin, eyni zamanda həll olunan problem iki xalqın və iki prezidentin xoş niyyətindən asılıdır, əgər onlar bir-birlərini eşidərlərsə, azacıq bir-birinə doğru irəliləyərlərsə və kompromis taparlarsa “… Trend.