“Avropa Birliyi və ABŞ Ermənistan-Türkiyə yaxınlaşmasını Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər”

Avropa Birliyi və ABŞ 2009-cu ildə Ermənistanla Türkiyə arasındakı fəal yaxınlaşma dövründə bu prosesi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər”…

Avropa Birliyi və ABŞ 2009-cu ildə Ermənistanla Türkiyə arasındakı fəal yaxınlaşma dövründə bu prosesi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə “AB-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” mövzusunda keçirilən konfransda çıxışında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə Ermənistan-Türkiyə əlaqələrinin düzəlməsi prosesi bir-biri ilə əlaqəlidir və bunlara bir-birindən ayrı baxmaq yanlışdır.

Diplomatın sözlərinə görə, İrəvanda anlamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə yaxınlaşmasına gətirib çıxaracaq: “Anlamaq vacibdir ki, bir istiqamətdə tərəqqi digər istiqamətdə də tərəqqiyə səbəb olacaq”.

/APA/