Avropa Krımın işğalı ilə barışıb

“Avropada bəzi liderlər Krımın Rusiya tərəfindən zəbt edilməsi məsələsini artıq həll olunmuş hesab edirlər”…

“Avropada bəzi liderlər Krımın Rusiya tərəfindən zəbt edilməsi məsələsini artıq həll olunmuş hesab edirlər”.

 

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, belə bir fikirlə Bratislavada keçirilən beynəlxalq forumda Slovakiyanın baş naziri Robert Fiso çıxış edib.

 

“Təəssüf ki, bu belədir. Hətta Avropanın bəzi liderləri ünsiyyət vaxtı Krım məsələsini qaldırmırlar “, – o, vurğulayıb.

 

Eyni zamanda Slovakiyanın baş naziri qeyd edib ki, Ukraynaya NATO-ya daxil olmaq lazım deyil. Ukraynanın qarşısında böyük hərbi münaqişə təhlükəsinə gəlincə, baş nazirin fikrincə, proseslərin bu istiqamətdə inkişafı ehtimalı 70 faiz təşkil edir.

 

R.Fiso müdafiəyə xərclərini artırmaq barədə fikirləri dəstəkləmədiyini bildirib: ”Gəlin bir az praqmatik və rasional olaq. Əgər biz müdafiəyə xərclərini iki faizə qədər artırsaq, bu silahlanma üzrə geosiyasi kampaniyada sadəcə olaraq heç nəyi bildirməyəcək “.

 

/Publika/