Axtarış

Qan yaddaşı

UNUTMA!

Xankəndi - 26.12.1991
Xocalı - 26.02.1992
Şuşa - 08.05.1992
Laçın - 17.05.1992
Xocavənd - 02.10.1992
Kəlbəcər - 04.04.1993
Ağdərə - 07.07.1993
Ağdam - 23.07.1993
Füzuli - 18.08.1993
Cəbrayıl - 23.08.1993
Qubadlı - 31.08.1993
Zəngilan - 30.10.1993
Nəşrlərimiz
ŞUŞA - QƏDİM AZƏRBAYCAN DİYARI
Təqvim
«    Yanvar 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Partnyorlarımız












































””/

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozubErmənistan Silahlı Qüvvələri atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 25-də saat 11:25-dən 11:30-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:15-dən 22:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar...
Tarix: 26 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
David Cameron: Böyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirBöyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü AŞ PA-da çıxışı zamanı Böyük Birtaniyanın Baş naziri David Cameron deyib.
Baş nazir qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.
"Biz müharibənin yenidən bas verməsini istəmirik. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Böyük Britaniya onun fəaliyyətini dəstəkləyir. Bu o deməkdir ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirə biləcək hazırkı prosesi dəstəkləyirik. Düşünürəm ki, Azərbaycan da bu həll yoluna nail olmaq üçün sülh prosesini dəstəkləyir" Baş nazir deyib...
Tarix: 26 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Nobel Sülh Mükafatı Komitəsinə
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin
Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin
M Ü R A C İ Ə T İ
Nobel Sülh Mükafatı Komitəsinə
Tarix: 25 Yanvar 2012 | Kateqoriya: Bizim fəaliyyət | Ətraflı...
Nobel Sülh Mükafatı Komitəsinə
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin
Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin
M Ü R A C İ Ə T İ
Nobel Sülh Mükafatı Komitəsinə
Tarix: 25 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Dövlət Komissiyası azərbaycanlı hərbiçinin hansı şəraitdə əsir düşdüyünü araşdırırAzərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlı çavuşun Ermənistan hərbiçilərinə əsir düşməsi faktını təsdiqləyib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov çərşənbə günü Trend-ə bildirib ki, 1990-cı il təvəllüdlü, Tərtər rayonu ərazisindəki dislokasiya olunmuş N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu erməni hərbiçilərə əsir düşüb.
Sayılovun sözlərinə görə, onun könüllü əsir düşməsi və ya əsir götürülməsi barədə dəqiq məlumat yoxdur, hazırda araşdırma aparılır...
Tarix: 25 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyibBeynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyib.
Beynəlxalq Qızıl Xaç Komitəsinın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhramanova çərşənbə günü Trend-ə bildirib ki, BQXK-nin Xankəndi ofisinə Dağlıq Qarabağın "de-fakto" hakimiyyət orqanlarından bir azərbaycanlı əsgərin əsir düşməsi barədə məlumat daxil olub.
Mümkün olan kimi BQXK-nin əməkdaşları əsirə baş çəkəcək.
Qeyd edək ki, Ermənistan KİV Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin çavuşunun əsir götürülməsi barədə məlumat yayıb...
Tarix: 25 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozubErmənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 22-də saat 16:50-dən 17:00-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16:30-dan 16:35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:40-dan 16:45-dək və 22:15-dən 22:20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20:45-dən 20:55-dək, 23:45-dən 23:55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 23-də saat 06:20-dən 06:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar...
Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Beynəlxalq birlik Yerevanı sülh sazişi üzərində işləməyə məcbur etməlidir - XİNRəsmi Bakı ümid edir ki, beynəlxalq birlik Yerevanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh sazişi üzərində işləməyə məcbur edəcək. Bu barədə Azərbaycan XİN-in 2011-ci ilin yekunları üzrə hesabatında deyilir. Hesabat bazar ertəsi nazirliyin mətbuat xidməti tərəfindən yayılıb...
Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Medvedev və Sarkisyan ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblərRusiya Prezidenti Dmitri Medvedev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan bazar ertəsi ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
"Burada, Soçidə, dağlarda səmimi görüşlər ənənəsi yaranıb. Mən bunda bir sıra xeyirxahlıq rəmzləri görürəm", - söhbəti açan Rusiyanın dövlət başçısı deyib.
Medvedev ötən ilin əmtəə dövriyyəsi baxımından pis başa çatmadığını, ölkələr arasında işgüzar əlaqələrin inkişaf etdiyini xatırladıb. "Biznes bizim bütün əlaqələrimizin əsas məzmununu təşkil edir", - Rusiya Prezidenti qeyd edib...
Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozubErmənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 17-də saat 12:14-dən 12:24-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 17:20-dən 17:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar...
Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya və Yerevana köməyi davam etdirmək niyyətindədir - XİNCümə axşamı, yanvarın 19-da Rusiya və Azərbaycan XİN-in rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş Rusiya və xarici KİV üçün mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri "Rossiya 24" kanalı yayıb.
"Rusiya həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məsələsi üzrə səyləri davam etdirmək niyyətindədir, Minsk qrupunun həmsədrləri də Soçidə prezidentlərin görüşündə iştirak edəcəklər", - o deyib...
Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
http://az.trend.az/news_photos/Army_060308.jpgBu gün peşəkarlığı yüksək dərəcədə olan Azərbaycan Ordusu həm dövlətçiliyin, həm də Dağlıq Qarabağ probleminin həllinin ən güclü faktorlarından biridir. Bunu çərşənbə günü Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu düzgün daxili və iqtisadi siyasət nəticəsində möhkəmlənə bilib.
"Vaxt var idi ki, Azərbaycanın büdcəsi 800 milyon, 1 milyard dollar idi və bununda təxminən 130 milyon dolları Azərbaycanın hərbi büdcəsinə gedirdi. Ancaq bu gün ölkəmiz 22 milyard dollar büdcəyə malikdir və bunun da 3-4 milyard dolları hərbi büdcəyə gedir", - Mirzəzadə bildirib.
O, qeyd edib ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 2 dəfə artıqdır...
Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər | Ətraflı...
← Geri    1 2 3 ... 134 135 136    İrəli →
Saat

Son Xəbərlər
Sorğu
Ermənistan-Türkiyə yaxınlaşması Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcəkmi?

Bəli
Xeyir
Bilmirəm




Ünvan: Bakı ş. Azadlıq küç.,114 m 4, Tel./Faks: (994 12) 441 47 42; 440 50 70
E-mail: office@azerbaijanfoundation.az