Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 20-də saat 23.40-dan 23.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.10-dək və noyabrın 21-də saat 00.47-dən 00.57-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Ordusu, həmçinin noyabrın 210nə keçən gecə saat 01.00-dan 01.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.