Dağlıq Qarabağın separatçı rejiminin rəhbərinin bu ölkəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıq edilib

Argentina hakimiyyətinə Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın bu ölkəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıq edilib.
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin qanunvericilik orqanının üzvlərinin erməni separatçı rejiminin rəhbəri ilə görüş planından narahatlığını ifadə edib (http://www.parlamentario.com/noticia-41224.html; http://www.ncn.com.ar/secciones.php?ssec=54).
Səfir Əhmədzadə Senat və Deputatlar Palatasının sədrləri Julio Cobos və Eduardo Fellnerə bir qrup Argentina parlamentariləri və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin rəhbəri ilə mümkün görüşdən narahatlığını ifadə etmək üçün məktub ünvanlayıb, məlumatı parlament informasiya agentlikləri olan Argentinanın “Parlamentario ” və “Noticias del Congreso Nacional ” xəbər verir… Trend.