Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və dövriyyəsi məsələsi qaldırılıb

Azərbaycanlı deputat AŞ PA-nı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotiklərin becərilməsi və onların maneəsiz dövriyyəsinə qarşı tədbirlər görməyə çağırıb. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞ Nazirlər Komitəsinin sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkoya sual verərkən bildirib.
“Ermənistandakı mənbələrin rəsmi məlumatlarına görə, bu ölkədə son dövrlərdə narkotiklərin qanunsuz dövriyyəsi 2 dəfə artıb, qeydiyyata düşmüş narkomanların sayı 1717 nəfər olsa da, beynəlxalq təşkilatların təsdiqinə görə ölkədə onların miqdarı 4 mindən çoxdur… Trend.