ATƏT-in baş katibi Daglıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qiymətləndirib

Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak və eyni zamanda, cəbhədə gərginliyin daha da artmasına yol verilməməsi RF və ATƏT-in digər aparıcı üzvlərinin mövqelərinin üst-üstə düşdüyü prioritet məsələlərdən biridir. ATƏT-in baş katibi Lamberto Dzanner belə hesab edir.
“Bu gun Rusiyanın ATƏT-in Minsk qrupunun fəaliyyətində iştirakı və Rusiya Prezidentinin Azərbaycanla Ermənistan arasında gedən danışıqların yüksək səviyyədə olmasına yardım etmək üçün şəxsən yaxından iştrakı məsələnin həll olunmasında vacib rol oynayır “, – Trend-in məlumatına görə, Dzannerin bu gün “Kommersant ” qəzetində dərc olunmuş məqaləsində deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.