Bu gün Azərbaycanın əsas məqsəd və məramı dövlət müstəqilliyi və suverenliyin qorunub saxlanmasına və ərazi bütövlüyünün bərpa olunmasına yönəlib. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın payız plenar sessiyasının ikinci iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva almaniyalı deputat xanım Marina Şuster (Marina Schuster) tərəfindən hazırlanan “Müasir beynəlxalq hüquqda milli suverenlik və Dövlətin statusu: aydınlaşdırmanın zəruriliyi ” adlı hesabat ətrafında aparılan müzakirələr zamanı çıxışında deyib.
Millət vəkili çıxışında Dağlıq Qarabağ münaqişəsindən bəhs edib… Trend.