BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı məcburi köçkünlərlə görüşmüşdür

BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Ağdamda məcburi köçkünlərlə “Yaş, gender və müxtəliflik baxışları” mövzusunda görüşlər keçirmişdir. Məqsəd dialoq vasitəsilə səmərəli iştirakçılığa dəstək verməklə məcburi köçkünlərin üzləşdikləri himayə problemlərinin daha dərindən başa düşülməsinə nail olmaq idi.

Təşkilatın nümayəndələri dörd gün müddətində Ağdam rayonunun məcburi köçkünlər yaşayan Baharlı və Quzanlı “fin qəsəbələri”ndə sakinləri yaş və cins qruplarına bölərək söhbətlər aparmış, xüsusi ehtiyacı, ailə başçısı qadın olan və yaşlı şəxslərin yaşadığı evlərə baş çəkmişlər.