Cəbhədə vəziyyət gərgin olaraq qalır

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar…

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub. /Trend/