Cəbhədən xəbər var

Mövqelərimiz atəşə tutulub…

Mövqelərimiz atəşə tutulub.

Erməni silahlı bölmələri atəşkəs rejimini bir neçə istiqamətdə pozublar.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az