Şərqi Timor və Cənubi Sudandakı vəziyyət Cənubi Qafqazdakı hadisələrdən köklü şəkildə fərqlənir və Dağlıq Qarabağ münaqişəsi ilə müqayisə oluna və ya bu ərazi mübahisəsinin həlli üçün model kimi istifadə oluna bilməz. “İrs ” fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti üzrə aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen bu fikirdədir.
MDB İnstitutunun erməni filialının rəhbəri Aleksandr Markarov mətbuat konfransında Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunu işğaı edən Yerevanın hərəkətlərini Cənubi Sudan və Şərqi Timorun öz müqəddəratını təyin etməsi prosesi ilə müqayisə edib. Onun sözlərinə görə, “Dağlıq Qarabağda referendum 19 il bundan əvvəl keçirilib və ötən illər göstəriri ki, Azərbaycanın Qarabağla bağlı heç bir hüququ yoxdur “.
Cənubi Sudanda keçirilən referendum bütün hüquqi əsaslara malik klassik öz müqəddəratını təyinetmədir. Belə təyinetmənin başlıca məqamı referendumun keçirilməsinin 2005-ci il yanvarın 9-da mərkəzi hökumətlə Cənub arasında hərtərəfli sülh sazişi əsasında razılaşdırılmasından ibarətdir.
Hazırda Sudan 38 milyon əhaliyə və 2,5 milyon kvadrat kilometr əraziyə malik iri Afrika dövlətidir. Sudanın cənubunun öz müqəddəratını təyinetməklə bağlı referendumun keçirilməsi 2005-ci ildə ölkə hökuməti ilə ona qarşı döyüşən cənubdakı xalq-azadlıq hərəkatı arasında imzalanan sülh sazişindən sonra mümkün olub. Bu saziş çoxillik vətəndaş müharibəsinə son qoyub. Hələ 2001-ci ildə onun qurbanlarının sayı 2 milyon nəfərə yaxın idi, daha 4 milyon nəfər isə qaçqına çevrilmişdi.
Koenin sözlərinə görə, BMT Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi uzun illər ərzində dörd qətnamə qəbul edib və Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması yolları barədə ATƏT MQ-nin həmsədrləri kimi, öz fikrini dəqiq ifadə edib./TREND/